06/03/2016 20:02

Ukrayna helikopterlərinin Azərbaycanda təmirinə dair müqavilə imzalanıb

Ukraynanın “Aviakon” Dövlət Müəssisəsi fevral ayının 16-da Azərbaycanın “Gəncə Aviasiya Təmiri” zavodu ilə təmir xidmətlərinin göstərilməsinə dair müqavilə imzalayıb.

“AzeriDefence”nin bildirdiyinə görə, bu barədə “Naşi qroşi” saytı Ukraynanın “Dövlət satınalmaları Xəbərləri” nəşrinə istinadən məlumat yayıb.

Ukrayna helikopterlərinin Gəncədə təmirini etiva edən müqavilənin dəyəri 4350000 ABŞ dollar təşkil edir.

Azərbaycan tərəfi müqavilə çərçivəsində uçuş aparatlarının təmiri üzrə 20 xidmət həyata keçirəcək. Layihənin müddəti 3 aydır.

Qeyd edək ki, ötən il Azərbaycanın aviasiya təmiri zavodlarında “Aviakon”un sifarişi üzərə helikopterlərin reduktorlarının təmiri həyata keçirilib.