24/03/2016 13:09

Ukrayna hərbi sənayesi “Smerç”lər üçün yeni idarəolunan raket yaradıb

Ukrayna “Smerç” reaktiv yaylım atəş sistemləri üçün 300 mm çaplı yeni idarəolunan raketin sınaqlarına başlayıb.

“AzeriDefence”nin Ukrayna mediasına istinadən verdiyi məlumata görə, raketin sınaqları martınb 22-də Milli Təhlükəsizlik Şurasının katibi Aleksandr Turçinovun iştirakı ilə keçirilib.

A.Turçinov qeyd edib ki, raket Rusiyanın istehsalı olan hər hansı bir komponent olmadan yaradılıb. Sınaqlar zamanı raket hədəfləri yüksək dəqiqliklə vurub.

Yeni raketin “Olxa” kodu aldığı bildirilir.