25/05/2015 13:00

Ukrayna ilə Polşa yeni zirehli maşın istehsal etdi

Çexiyanın Brno şəhərində keçirilən “İDET-2015” hərbi-texnologiya sərgisində Ukrayna-Polşa birgə istehsalı olan zirehli avtomobil nümayişə çıxarılıb.

“AzeriDefence”nin Ukrayna mediasına istinadən verdiyi məlumata görə, “Onçilla” adlanan zirehli transportyor iki ölkənin əməkdaşlığı sayəsində istehsal olunub.

Faktiki olaraq, yeni avtomobil Ukraynanın “Dozor-B” zirehli transportyorunun bazasında lisenziya əsasında Polşada istehsal edilib.

“Onçilla” İveco NEF 4 ENTC (209,5 a.g.) dizel mühərriki və “Allison 1000 6 + 1” avtomat ötürücü ilə təchiz olunub. Şossedə saatda 120 km sürətlə hərkət edə bilir.
Zirehli maşın “STANAG 4569” müdafiə örtüyü ilə təmin olunub.

“Onçilla” 12,7 çaplı pulemyot və tank əleyhinə qumbaraatanla də təchiz edilib. Mərmi darağı 450 ədəddir.