14/08/2014 12:59

Ukrayna minaatanlı BTR-3M2-nin sınaqlarına başlayır – FOTO

Ukraynanın Quru Qoşunları yeni minaatan zirehli transportyorunu silahlanmaya qəbul edəcək. Bu barədə “AzeriDefence” “Ukroboronprom” Dövlət Konserninə istinadən məlumat verib.
“Ukroboronprom”un baş direktoru Roman Romanovun sözlərinə görə, yeni zirehli transportyorlar BTR-3E1 əsasında yaradılıb və ona BTR-3M2 indeksi verilib. Artıq maşınlar dövlət sınaqlarına hazırdır.

R. Romanovun sözlərinə görə, Ukrayna hərbçiləri çoxdan bu hərbi maşınla maraqlanıb: “Məsələ ondadır ki, bizim ordumuzun silahlanmasında belə sistemlər ümumiyyətlə yoxdur. Zirehli avtomobilin platformasında minaatanın yerləşdirilməsi onun effektivliyini və hərəkətdə olan artilleriya bölmələrinin döyüş gücünü əhəmiyyətli dərəcədə yüksəldir”.

BTR-3M2 baza versiyası olan BTR-3E1 kimi amfibiya xüsusiyyətə malikdir. Maşının sda hərəkət sürəti – 10 kilometr/saata yaxındır.

Maşının üzərinə 81 mm çaplı minaatan yerləşdirilib. Milli Qvardiya üçün BTR-3M2 transportyorunun 120 mm çaplı minaatanla silahlandırılmış versiyasının istehsalı nəzərdə tutulur.