26/05/2015 12:02

Ukrayna minaaxtaranları ANAMA-nın tərübəsini öyrənir

Ukraynanın Müdafiə, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin nümayəndələrindən ibarət heyət minatəmizləmə və partlamamış hərbi sursatların (PHS) zərərsizləşdirilməsi üzər ANAMA-nın təcrübəsini öyrənmək üçün Azərbaycana gəlib.Bu barədə “AzeriDefence”yə ANAMA-dan məlumat verilib.

ATƏT-in Ukraynadakı nümayəndəsi Anton Şevçenkonun rəhbərlik etdiyi nümayəndə heyəti Agentliyin Horadiz və Göygöl bazalarında ANAMA-nın əməliyyat, təlim imkanları və potensialı ilə tanış olacaqlar. Daha sonra Agentliyin baş qərargahında Ukrayna nümayəndə heyəti ilə görüş keçiriləcək.

ANAMA-dan bildirilib ki, Ukrayna tərəfi ANAMA-nın təlimləri ilə maraqlanır. Həmçinin Agentliyin təcrübəsini öyrənmək, Azərbaycanda təlimlər keçmək istəyirlər.

Səfər mayın 29-dək davam edəcək.