26/05/2012 18:00

Ukrayna müasirləşdirilmiş Mi-24PU1 helikopterini silahlanmaya qəbul edib

Ukraynanın yerli müəssisələrdə həyata keçirilmiş dərin müasirləşdirmədən sonra Mi-24PU1 döyüş helikopterini silahlanmaya qəbul edilib.Bu barədə “AzeriDefence” Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Müasirləşdirilmiş helikopterin silahlanmaya qəbulu ilə bağlı müdafiə naziri Dmitri Salamatin əmr imzalayıb.

Mi-24PU1 dövlət sınaqları vaxtı döyüş tətbiqinin təsirli imkanlarını nümayiş etdirib. Mi-24PU1 yüksək dağlıq şəraitdə effektivdir. Həmçinin yüksəldilmiş döyüş tətbiq etmə imkanlarına malikdir. Helikopter avtomatik tuşlanan infra-qırmızı başlıqlı raketlərdən etibarlı müdafiəni təmin edir.

Müasirləşdirilmiş helikopterə TVZ-1І7 ВМА-СБМ1В-02 mühərrikləri qurulub. Helikopter “Аdros” KT-01AV elektro-optik stansiyası, BUR-4-1-07 uçuş informasiyasının yığımı və qeydiyyatı sistemi, ACP-17 VPM-U modernləşdirilmiş aviasiya atış nişangahı, FPM-01KB lazer hədəf çişanlayıcısı, GРS МАР-695 peyk naviqasiya sistemi, KU-196B ultra qısa dalğalı radiostansiya, ЕВС-406АFНМ qəza radiomayakı, həmçinin GТХ-327 radiolokasiya cavabvericisi və AK-350 hündürlük tənzimləyicisi ilə təchiz olunub.