23/02/2016 11:05

Ukrayna müdafiə sənayesi NATO standartlarına keçir

Ukrayna müdafiə sənayesi NATO standartlarını mənimsəyəcəyinə dair qərar verib.

“AzeriDefence”nin məlumatına görə, bu barədə açıqlamanı “Ukroboronprom” dövlət şirkətinin baş direktoru Roman Romanov verib.

O deyib ki, 2018-ci ilə kimi Ukraynanın müdafiə sənayesi sektorunun məhsulları NATO standartlarına uyğunlaşdırılacaq. R. Romanovun sözlərinə görə, bu prosesin həyata keçirilməsi üçün 21 milyard qrivni (4 milyard ABŞ dolları civarında) vəsaitə ehtiyac var.

Baş direktor bu prosesin tez bir zamanda həyata keçirilməsinin və dövlətin həmin məsələdə maraqlı olacağına ümid etdiyini də qeyd edib:

“Ukrayna müdafiə sənayesinin NATO standartlarına uyğunlaşdırılması ölkəmizin hərbi texnologiyasının qərb təcrübəsini öyrənməsinə və inteqrasiya etməsinə gətirib çıxaracaq. Bu da Ukrayna hərbi qüdrətini gücləndirəcək”.

R. Romanov NATO ilə hazırkı əlaqələrə də toxunaraq, əlavə edib ki, 2015-ci ilin əvvəllərindən başlayaraq, Ukrayna hərbi sənayesi qərblə əlaqələrə start verib.

roman_romanov_ukroboronprom