10/04/2018 20:14

Ukrayna “Olxa” raket kompleksinin növbəti sınaqlarını keçirib – FOTO/VİDEO

Ukrayna 300 mm-lik “Olxa” raket kompleksinin növbəti atışlı sınaqlarını keçirib.

“AzeriDefence”nin bildirdiyinə görə, bu barədə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov özünün Facebook səhifəsində məlumat verib.

Raketin atış testləri ölkənin cənubunda Odessa regionunda keçirilib.

Bununla da Ukrayna mütəxəssisləri tərəfindən yaradılmış raket kompleksinin sınaqları yekunlaşıb.

Turçinov qeyd edib ki, 300 mm-lik “Olxa” raket kompleksi bütün parametrlər üzrə Sovet/Rusiya istehsalı olan “Smerç” komplekslərini üstələyir.