22/03/2012 18:00

Ukrayna “Oplot” tanklarının idxalını genişləndirəcəklərinə ümid edir

Ukrayna hərbi sənayesi “Oplot” tanklarının idxalı ilə bağlı razılaşmaların sayının artacağını hesab edir.

“AzeriDefence”nin məlumatına görə, bu fikri “Ukrspeçeksport” Dövlət Şirkətinin baş direktoru Vadim Kojevnikov Tayland hərbi nümayəndə heyəti ilə birgə “Oplot” tanklarına baxışı keçirilən zamanı söyləyib.

V. Kojevnikov deyib ki, tankın Tayland tərəfindən alınması, bu texnikanın idxalı istiqamətində atılan ilk addımlardan biridir: “Bu “Oplot”un həmin bölgədə reklamına xidmət edəcək. Sifarişin uğurla yerinə yetirilməsi, müqavilənin genişlənməsinə xidmət edə bilər”.

Qeyd edək ki, Ukrayna ilə Tayland arasında 1998-ci il seriyalı “Oplot” tanklarının alınmasına dair saziş 2011-ci ildə bağlanıb.