30/08/2017 12:25

Ukrayna Ordusu “Korsar” tank əleyhinə raket kompleksini silahlanmaya qəbul edib

Ukrayna Ordusu “Korsar” portativ tank əleyhinə raket kompleksini silahlanmaya qəbul edib.

Bu barədə “AzeriDefence”yə “Ukroboronprom” Dövlət Konsernindən məlumat verilib.

Ukrayna Ordusu ilk partiyada istehsalçı “Luç” Kiyev Dövlət Dizayn Bürosundan “Korsar” kompleksinin 50 raketini satın alıb.

Məlumatda qeyd olunub ki, “Korsar” testlərdə performans nümayiş etdirib.

“Korsar”ın effektiv atış uzaqlığı 2500 metrdən çoxdur. Raketin hədəfə tuşlanması lazer şüalandırma vasitəsi ilə həyata keçirilir.

Komplekslə əlavə cihazlardan istifadə etmədən çiyindən atəş açmaq mümkündür.

“Korsar” üçün “Luç” Bürosu tərəfindən iki idarə olunan raket hazırlanıb – РК-3К və РК-3ОF.

PK-3K raketi zirehli maşınları, müasir zirehli stasionar və hərəkətli obyektlərin məhv edilməsi üçün nəzərdə tutulur. Tandem döyüş başlığına malik raket ən azı 550 mm dinamik zirehi dəlməyə imkan verir.