21/01/2015 14:13

Ukrayna Ordusu “Xəzər” zirehli kəşfiyyat maşınlarını silahlanmaya qəbul edir – FOTO

“Ukroboronprom” Dövlət Konserni BRDM-2D “Xəzər” adı verilmiş yeni zirehli kəşfiyyat-gözətçi maşınlarının istehsalına başlayıb.

Bu barədə “AzeriDefence”yə “Ukroboronprom” Dövlət Konsernindən məlumat verilib.

Yeni maşın yüksək dinamik xüsusiyyətləri, böyük gediş ehtiyatı və yüksəldilmiş manevr qabiliyyəti ilə BRDM-2-lərdən fərqlənir. “Avro-3” standarlı güclü mühərriklə təchiz olunmuş “Xəzər” su maneələrinin öhdəsindən gəlməyi bacarır. Maşın motaatıcı bölmələr və döyüşlə kəşfiyyat dəstəyinin aparılması üçün nəzərdə tutulur.

“Xəzər” müasirləşdirilmiş BRDM-2 əsasında yaradılıb. Maşında açılan əlavə lyuk desantın maneəsiz və rahat enməsinə imkan verir.

Ukrayna Ordusu yeni zirehli avtomobilin ilk partiyasını yaxın bir ay ərzində alacaq.