16/12/2017 16:15

Ukrayna ordusunun yeni zirehli maşını – “Varta-Novator” – FOTO – VİDEO

Dekabrın 15-də “Ukrayna Zirehli Texnikaları” MMC-nin istehsalı olan “Varta-Novator” xüsusi zirehli maşın Ukraynanın Milli Qvardiyasına təqdim edilib.

“AzeriDefence”nin Ukrayna mediasına istinadən verdiyi xəbərə görə, təqdimata Ukrayna Milli Qvardiyasının komandanı general-polkovnik Y. Allerov və Daxili İşlər Nazirliyinin Dövlət Araşdırma İnstitutunun nümayəndələri qatılıblar.

“Ford F-550” şassisi üzərində yaradılan 4×4 təkər formuluna malik avtomobil tərəflərin razılaşdığı texniki spesifikasiyanın şərtlərinə uyğun olaraq Milli Qvardiyanın ehtiyacları üçün hazırlanıb. “Varta-Novator” ən çətin şəraitdə işləməməsi üçün uyğunlaşdırılıb. Ekipajın rahatlığı və təhlükəsizliyini təmin edən əlavə imkanlar ilə təchiz olunub.

6 silindirli, avtomatik transmissiyalı 6,7-litrlik dizel mühərrikinə sahib maşının döyüş ağırlığı 9 ton təşkil edir. Zirehli texnikanın uzunluğu 5800 mm, eni 2405 mm və hündürlük 2164 mm, heyəti 5 nəfərdir. Maşının arxa hissədə 1 ton faydalı yük daşımağa imkan verən yük bölməsi mövcuddur. Maksimal surəti 120 km/saat, gediş ehtiyatı 700 kilometrdir.