29/01/2016 11:37

Ukrayna raket kompleksinin yaradılmasına yenidən start verib

“Ukroboronprom” dövlət şirkəti və “Yujnoye” konstruktor bürosu “Sapsan” raket kompleksinin yaradılması istiqamətində işlərə yenidən başlayıb.

“AzeriDefence” “Ukroboronprom”un mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu şirkətin baş direktoru Roman Romanov deyib.

Onun sözlərinə görə, kompleksin yaradılması istiqamətində işlər tam gücü ilə davam etdirilir. Qarşıya qoyulan tapşırıq verilən vaxtda yekunlaşacaq.

Məlumatda o da qeyd olunub ki, “Sapsan”ın yaradılması ilə bağlı işlər 2006-ci ildə başlayıb, 2013-cü ildə isə Müdafiə Nazirliyinin qərarı ilə dayandırılıb. 2015-ci ilin ortalarından başlayaraq isə layihənin icrasına yenidən başlanılıb.