24/03/2019 22:56

Ukrayna ROKETSAN-ın MAM-L sursatlarını seçdi – VİDEO

Ukrayna Ordusu silahlanmaya yeni qəbul edilmiş “Bayraktar TB2” taktik pilotuz uçuş aparatından ROKETSAN şirkətinin istehsalı olan MAM-L lazer yönləndirməli mini ağıllı döyüş sursatları ilə atış sınaqlarını keçirib.

Bu barədə “AzeriDefence” “Ukroboronprom” Dövlət Konserninə istinadən məlumat verib.

Mart ayının 20-də keçirilmiş atış sınaqları uğurla nəticələnib.

Ukrayna “Bayraktar TB2” PUA-larının silahlandırılması üçün Türkiyədən əlavə olaraq MAM-L döyüş sursatları da almağı planlaşdırır.

Qeyd edək ki, MAM-L sursatlarından Türkiyə Silahlı Qüvvələri ölkə ərazisində terrorçulara qarşı əməliyyatlarda, həmçinin Suriya ərazisində döyüş əməliyyatlarında istifadə edib. ROKETSAN şirkəti MAM-L ilə yanaşı PUA-ların silahlandırılması üçün MAM-C adlı sursatların istehsalını həyata keçirir. MAM-L lazer yönləndirmə ilə hədəfi 8 km məsafədən vura bilir. Bu sursatın GPS yönləndirməli versiyası isə 14 km-dək uzaqlıqda hədəfləri yüksək dəqiqliklə zərərsiləşdirməyə imkan verir.