29/09/2017 12:02

Ukrayna şirkəti silahlı robot maşın yaradıb

Ukraynanın “Infocom Ltd” şirkəti məsafədən idarə olunan yeni təkərli robot maşın hazırlayıb.

“AzeriDefence”nin “Defence Blog”a istinadən verdiyi xəbərə görə, “Infocom Ltd” yeni məhsulunu Ukraynanın fərdi müdafiə müəssisələrinin forumunda ilk dəfə təqdim edib.

“Laska” adı verilən yeni robot texnikası uzaqdan idarə olunan qurğuya malikdir və kompüter vasitəsiylə idarə olunur.

Modulyar texnika nəzarət, naviqasiya, RT xəritəçəkmə, sensor və s. sistemlərlə təchiz olunub.

“Laska” 7.62 mm çaplı PKM pulemyot ilə silahlandırılıb. Silah qurğusu sağ tərəfdə yerləşən ehtiyat qutusundan qidalanan 200 ədəd döyüş sursatı ilə komplektləşdirilib.