31/03/2018 18:43

Ukrayna şirkəti “Varta Novator” zirehli maşının sınaqlarını tamamlayıb

“Ukrainian Armor” şirkəti yeni “Varta Novator” xüsusi taktiki nəqliyyat vasitəsinin dövlət sınaqlarını tamamlayıb.

Bu barədə “AzeriDefence” “Defence-Blog” saytına istinadən məlumat verib.

4×4 təkər formuluna malik “Varta Novator” 6.7 litr “Ford” dizel mühərriki ilə təchiz edilib. Maşında avtonnom rejimdə çalışan havalandırma, naviqasiya sistemi və təkərlərin havasını tənzimləyən sistem qurulub. Maşın kiçik çaplı silahların atəşindən qoruyur.

Təxminən 9 ton ağırlığında olan maşın 1.5 ton yükgötürmə qabiliyyətinə sahibdir.

“Ukrainian Armor” şirkətinin direktor müavini Dmitri Polyakovun sözlərinə görə, “Varta Novator”un yaxın vastlarda Ukrayna Milli Qvardiyasının xidmətinə qəbul ediləcəyi gözlənilir.