18/01/2015 14:10

Ukrayna şirkəti RPD-44 pulemyotunu belə modernləşdirdi –FOTO

Ukrayna Ordusu müasirləşdirilmiş RPD-44 əl pulemyotunu istifadəyə qəbul edib.“AzeriDefence”nin məlumatına görə, “Zboyar” şirkəti tərəfindən modernizə edilmiş əl pulemyotunun üzərində bir sıra dəyişikliklər edilib.

Silah alov söndürüxü, ikinci əl dəstəyi, EOTech kollimatoru, tənzimlənən teleskopik qundaqla komplektləşdirilib.

Qeyd edək ki, Deqtyarovun RPD-44 əl pulemyotu (56-R-327) 1944-cü ildə yaradılıb. Pulemyotun dəyirmi diski 100 patron tutur.