27/08/2013 09:30

Ukrayna şirkətindən unikal kamuflyaj

Ukraynanın P1G-Tac firması “Jaba” (“quru qurbağası) adlı yeni hərbi kamuflyaj hazırlayıb. “AzeriDefence”nin məlumatına görə, Şərqi Avropa iqlim şəraitində istifadə üçün nəzərdə tutulan bu unikal kamuflyajın hazırlamasına 2012-ci ildə başlanıb.

“Jaba” bitkiyə malik olan bütün landşaftlarda insan fiqurunu müvəffəqiyyətlə praktik olaraq kamuflyaj edir. Onun hazırlanmasında heyvanların əraziyə təbii uyğunlaşmaqla maskalanması prosesi öyrənilərək tətbiq edilib.

Kamuflyaja xüsusi təyinatlı bölmələr tərəfindən müsbət rəy verilib.