18/05/2013 08:39

Ukrayna sərhədçilərinin texniki imkanları nümayiş olunub – FOTO

Odessada MDB Sərhəd Qoşunları Komandanları Şurasının toplantısında iştirak edən yüksək rütbəli heyətlərə Ukrayna sərhəd mühafizəsinin texniki imkanları nümayiş etdirilib. Bu barədə “AzeriDefence” Ukrayna Sərhəd Xidmətinin saytına istinadən məlumat verib.

Sərhəd Qoşunları komandanları Ukrayna Sərhəd Xidməti Sahil Mühafizəsinin inventarındakı avadanlıqlar, həmçinin idarə mərkəzi və gəmi-kater tərkibi ilə tanış olublar.

Qeyd edək ki, iclasda Azərbaycanı Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev təmsil edib. İclas çərçivəsində “Eurovision-2012” mahnı yarışması zamanı Azərbaycanda sərhədçilərin öz işlərini hansı formada qurmaları barədə təqdimat olub.