25/12/2013 08:59

Ukrayna T-64 tanklarını beynəlxalq bazara çıxarır

“Ukroboronservis” şirkəti T-64 tanklarının beynəlxalq bazara çıxarılması üzərində işləyir.Bu barədə “AzeriDefence” Ukraynanın “Ukroboronprom” şirkətinin saytına istinadən məlumat verib.

“Ukroboronservis”in direktoru Serqey Mikityuk bildirib ki, hazırda xarici sifarişçilərlə bu istiqamətdə işlər aparılır.

“T-64 layihəsinin reallaşması “Ukroboronservis”in və bütünlükdə “Ukroboronprom”un tarixində yeni səhifəni açacaq. Bu məhsulun müvəffəqiyyətinə əminik. Hansı ki, “qiymət-keyfiyyət” meyarı üzrə çox sayda analoqları üstələyir”, – deyə S. Mikityuk bildirib.

T-64 tankı ötən əsrin 60-cı illərinin əvvəllərində Xarkov zavodunda (indiki V.A.Malışev adına Zavod) yaradılıb və istehsal edilib.

Hazırda Ukrayna T-64 tanklarının əsas istismarçısıdır. “Ukroboronprom” müəssisələrində Ukraynanın Müdafiə Nazirliyi üçün bu tankın “Bulat” versiyasına qədər müasirləşdirməsi həyata keçirilir.