13/02/2014 12:00

Ukrayna T-64BV-1 tanklarının ixracına başladı

Ukraynanın “Ukroboronservis” Dövlət Müəssisəsi xarici müştəri ilə 50 ədəd T-64BV-1 əsas döyüş tankının əsaslı təmiri və çatdırılmasına dair müqavilə bağlayıb. Bu barədə “AzeriDefence”yə “Ukroboronprom” Dövlət Konsernindən məlumat verilib.

İşlər Xarkov Zirehli Tank Zavodunda həyata keçiriləcək.

“Ukroboronprom”un nümayəndəsi Vadim Fedosovun sözlərinə görə, T-64BM “Bulat” tankının müasirləşdirilmiş versiyası olan bu tanklar özünün bəzi taktiki-texniki xarakteriskalarına görə T-72 tanklarını üstələyir.

“Ukroboronprom” Dövlət Konserninin baş direktoru Serqey Qromov bildirib ki, rəhbərlik etdiyi müəssisə T-64 tanklarının ixracının artırılması istiqamətində işlər aparır. Hazırda bir sıra xarici sifarişçilər, hansılar ki, sovet istehsalının texnikasını istismar edirlər, bu tankları əldə etməyə maraq göstərir.