15/01/2015 10:23

Ukrayna tank və PDM-in hibridini hazırlayır

“Ukroboronprom” Dövlət Konserni T-64 tankının bazasında hibrid piyada döyüş maşınının hazırlaması layihəsini yeniləyib.

Bu barədə “AzeriDefence”yə “Ukroboronprom” Konserninin mətbuat mərkəzindən məlumat verilib.

Artıq yeni maşınla bağlı Ukrayna Müdafiə Nazirliyi və Milli Qvardiyasından sifariş alınıb və texnikanın seriyalı buraxılışına hazırlıq görülür.

Zavod sınaqları ərzində Xarkov Zirehli Texnika Zavodunun konstruktorları hazırlanmış nümunəni təkmilləşdirməyə qərar veriblər. Yeni versiyada texnikanın silah kompleksi dəyişdiriləcək və müasir dinamik müdafiə qurulacaq. Yeni dinamiq müdafiə hesabına maşının “yaşama qabiliyyəti” yüksəldiləcək. Zirehdeşən güllələrə və qumbaraatanlara qarşı mühafizəsi təmin olunacaq.