18/05/2017 17:09

Ukrayna “uçan” tankını təqdim edib

Xarkov Zirehli Tank Zavodu T-80 (“uçan tank”) tankının növbəti partiyasını orduya təqdim etmək üçün hazırlayıb.

Bu barədə “AzeriDefence” “Ukroboronprom” şirkətinin mətbuat xidmətinə istinadən məlumat verib.

Şirkətin yaydığı məlumatda bildirilir ki, təqdim olunan T-80 tankının mühərriki yenilənib, elektron avadanlığı, idarəetmə sistemləri, eləcə də tankın ekipaj üzvlərinin təhlükəsizliyi daha da gücləndirilib. “Uçan tank” adlandırılan T-80 tankı 1250 at gücündə mühəəriklə təchiz edilib.

Təkmilləşdirilmiş texnika 70 km/saata qədər sürət yığa bilir.