10/01/2018 10:02

Ukrayna yeni taktiki qanadlı raket hazırlayır

Ukraynanın tanınmış “Yujnoye” Konstruktor Bürosu “Korşun” raket ailəsinin yeni taktiki qanadlı raketinin yaradılmasına başlayıb.

Bu barədə “AzeriDefnce” “Defence-blog” saytına istinadən xəbər verib.

Yeni taktiki qanadlı raket haqqında hələki açıqlama verməyən “Yujnoye” Konstruktor Bürosu raketin görüntülərini yayıb.

Məlum olan odur ki, mobil kompleks üzərində olacaq raket əsasən gəmilərə qarşı istifadə olunması, həm də quruda hədəflərin məhv edilməsi üçün nəzərdə tutulub.