31/08/2015 14:00

Ukrayna yeni zirehli maşının istehsalına başlayıb

Ukrayna “Triton” adlı zirehli avtomobilin istehsalına başlayacaq.

“AzeriDefence”in xarici mediaya istinadən verdiyi məlumatına görə, “Triton” Milli Qvardiyanın və Silahlı Qüvvələrin xüsusi qoşun növləri üçün nəzərdə tutulub.
Xarakteriskasına görə, 4х4 formullu zirehli transportyorlar nəslinə aid olan “Triton” həm də döyüş maşınıdır.

10 ton çəkisində olacaq maşının döyüş modulu “Leninskaya kuznya” müəssisəsi tərəfindən istehsal ediləcək.

Maşın iriçapılı 12,7 mm-lik pulemyot və 40 mm-lik UAQ-40 qranatomyotla təmin olunacaq.

Atəş sistemi kompyuterlə idarə olunacaq.

Hədəfi məhv etmə məsafəsi 1,5-2 km-dir.

Maşın su maneələrini də rahat şəkildə keçə bilməsi üçün də əlavə avadanlıqlarla təchiz olunub.

Ehtimal olunur ki, maşının ilk nümunəsi 2015-ci ilin sonuna kimi Silahlı Qüvvələrə təqdim olunacaq.