05/01/2017 15:54

Ukraynada ABŞ-ın M4 avtomatları istehsal olunacaq

M4

 

Ukraynanın “Ukroboronservis” Dövlət Şirkəti ABŞ-ın “Aeroscraft” şirkəti ilə birgə NATO standartlarına uyğun M4 avtomatlarının Ukrayna ərazisində istehsalına başlamağı planlaşdırır.

“AzeriDefence”nin məlumatına görə, ilk layihə M4 WAC47 (M16-nın modernləşdirilmiş variantı) adlandırılacaq.

Ukrayna Silahlı Qüvvələri M4 WAC47 avtomatını 7,62х39 kalibli 30 güllə darağı ilə olan variantını əldə edə biləcək.

“Ukroboronprom” Dövlət Şirkətinin baş direktorunun müavini Vladimir Korobov bildirib ki, ilk silah pilot layihəli olacaq və az sayda istehsal ediləcək.

Onun sözlərinə görə, bu Ukrayna hərbi sənaye kompleksinin NATO standartlarına inteqrasiya etməsi baxımından vacib layihədir.

Xatırladaq ki, M4 avtomatı ABŞ-da М16А2 silahının bazasında yaradılıb.

M4_ttx

 

 

Xəbər Lenti