10/10/2018 11:44

Ukraynada ASELSAN radio stansiyaları istehsal olunacaq

Türkiyənin ASELSAN şirkəti ilə Ukraynanın STE şirkəti arasında ASELSAN radio rabitə və daxili danışıq üçün istifadə olunan rabitə sistemlərinin istehsal etmək üçün anlaşma memorandumu imzalanıb.

Bu barədə “AzeriDefence”yə ASELSAN şirkətindən məlumat verilib.

Anlaşma memorandumu ASELSAN şirkətinin İdarə Heyətinin sədri-baş direktor Haluk Görgün və Ukraynanın STE şirkətinin direktor müavini Vladislav Belbas tərəfindən rəsmi şəkildə imzalanıb.

Qeyd edək ki, ASELSAN şirkəti 9-12 oktyabr tarixləri arasında Ukraynanın paytaxtı Kiyevdə keçirilən “Arms&Security” sərgisində iştirak edir. Şirkət sərgidə radar sistemləri, hərbi və professional rabitə vasitələri, elektro-optik sistemlər və məsafədən idarə olunan silah sistemlərini nümayiş etdirir.