10/10/2017 12:48

Ukraynada “Silah və təhlükəsizlik” sərgisi öz işinə başlayıb – FOTOLAR

Bu gün Ukraynanın paytaxtı Kiyev şəhərində “Silah və təhlükəsizlik” XIV beynəlxalq müdafiə və təhlükəsizlik texnologiyaları sərgisi başlayıb.

“AzeriDefence” xəbər verir ki, bu barədə sərgidə iştirak edən AZERİ DEFENCE jurnalının baş redaktoru Rəşad Süleymanov məlumat verib.

Bildirilib ki, sərgidə əsas hissəsini Ukrayna müəssisələri tutmaqla dünyanın müxtəlif ölkələrindən hərbi şirkətlər öz məhsullarını nümayiş etdirir. Sərgiyə ilk dəfə geniş spektrdə Pakistan, Türkiyə, Polşa və Çin şirkətləri qatılıblar.

Sərginin açılışını Ukraynanın Baş naziri Vladimir Qoysan edib. O açılış mərasimindən sonra şirkətlərin stendlərini gəzərək sərgilənən məhsullarla tanış olub.

Sərginin açıq ekspozisiyasında Ukraynanın istehsalı olan hərbi texnikalar nümayiş etdirilib.

Sərgi çərçivəsində Ukrayna müəssisələri ilə Türkiyə, Polşa və Pakistan arasında sənədlərin imzalanması planlaşdırılır.