09/10/2018 11:27

Ukraynada “Silah və təhlükəsizlik” sərgisi öz işinə başlayıb

Bu gün Ukraynanın paytaxtı Kiyev şəhərində “Silah və təhlükəsizlik – 2018” (Arms and Security – 2018) XV beynəlxalq müdafiə və təhlükəsizlik texnologiyaları sərgisi başlayıb.

“AzeriDefence”nin məlumatına görə, 2004-cü ildən etibarən keçirilən sərgidə bu il əsas hissəsini Ukrayna müəssisələri tutmaqla dünyanın 12 ölkəsini təmsil edən 320-dan artıq şirkət öz məhsullarını nümayiş etdirir. Polşa, Türkiyə, Latviya və digər ölkələr “Silah və təhlükəsizlik – 2018” sərgisində öz milli qrupları ilə çıxış edirlər.

Sərgi çərçivəsində Ukrayna müəssisələri ilə bir neçə ölkə arasında sənədlərin imzalanması planlaşdırılır.

Qeyd edək ki, “Silah və təhlükəsizlik – 2018” sərgisində Azərbaycandan Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti ziyarətçi qismində iştirak edir.