27/09/2017 09:14

Ukraynada “Smerç”, “Uraqan”, “Qrad” raketlərinin saxlanıldığı anbarda partlayış olub – VİDEO

Ukrayna Müdafiə Nazirliyinin Vinnitsa şəhəri yaxınlığında yerləşən hərbi sursat anbarında partlayışlar baş verib.

“AzeriDefence”nin “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ukraynanın Baş Qərargahı məlumat yayıb.

Məlumatda bildirilir ki, gecə saatlarında hərbi sursat anbarında baş verən yanğın səbəbiylə ətraf ərzindən demək olar ki, 22 min mülki şəxs və hərbi qulluqçuların təxminən 500 ailəsi Vinnitsa şəhərindən təxliyyə edilib. Sursat anbarında yanğından iki nəfər və sakinlərdən bir qadın xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hərbi hissədə yanğının lokallaşdırmasına yanğınsöndürmə biriqadaları cəlb olunub. Hadisə yerinə əlavə xüsusi texnika yönəldilib. Xilasedicilər indiyə qədər yanğını söndürə bilmirlər. Məlumatda silah anbarının şəxsi heyətinin sığınacaqda olduğu bildirilir.

Ukrayna Hökuməti yanğın zonasından 50 km radiusda hava məkanını bağlayıb. Bundan başqa mühim əhəmiyyətli Jitomir-Moqilyov-Podolski avtomagistral yolu və Kalinovka Cənub-Qərb dəmir yolu bağlanıb.

KİV-də yer alan xəbərdə partlayan anbarda “Smerç”, “Uraqan”, “Qrad” yaylım atəş sistemlərinin raketlərinin saxlanıldığı bildirilir.

Məlumatda o da qeyd olunub ki, bu son həftə ərzində Ukraynada hərbi anbarlarda baş verən ikinci hadisədir. Birinci yanğın Donetsk vilayətində yerləşən hərbi sursat anbarında olub.