18/01/2012 17:52

Ukraynadan 5 ildə 2097 raket satışı

Ukrayna 2005-2010-cu illərdə xaricə 2097 ədəd müxtəlif tipli raketlərin satışını reallaşdırıb. BMT-nin Adi Silahlar Registrində əksini tapan siyahıya görə, Ukrayna bu dövrdə dünyanın 11 ölkəsinə adıçəkilən silahların ixracı həyata keçirilib ki, siyahıda ilk yeri 953 ədəd raket alımı ilə Çin tutur. Kiyevdən ən çox raket alan ölkələr siyahısında ikinci yerdə ABŞ (692 ədəd), üçüncü yerdə Rusiya (100 ədəd), dördüncü yerdə Azərbaycan (95), beşinci yerdə Əlcəzair (76 ədəd) dayanır.

Bundan başqa, hesabat dövründə Ukrayna İsrailə 60, Böyük Britaniyaya 54, Qazaxıstana 50, Belarusa 18, İtaliyaya 14, Slovakiyaya 9 ədəd müxtəlif raket və portativ zenit raketləri satıb.

Hesabat dövründə Ukrayna Azərbaycana 64 ədəd R-27 tipli «hava-hava» raketi, 3 ədəd 9R129-1M və «Tochka-U» taktik raket kompleksi, 18 ədəd 9M36-1 «Strela-3» və 10 ədəd 9P58M «Strela-3» portativ zenit-raket sisteminin satışını həyata keçirib.