28/11/2012 13:09

Ukraynadan artilleriya sistemləri üçün yeni döyüş sursatı

Ukrayna “Svetnik” adı verilmiş 152 mm çaplı yüksək dəqiqlikli artilleriya döyüş sursatının dövlət sınaqlarını keçirib. Bu barədə “AzeriDefence” Ukrayna Müdafiə Nazirliyinin saytına istinadən məlumat verib.

Quru Qoşunlarının Akademiyasında keçirilmiş sınaqlar effektiv alınıb.

Yeni döyüş sursatı zirehli texnikanın, nəzarət məntəqələrinin və başqa qorunan hədəflərin məhv edilməsi üçün nəzərdə tutulub. Bu sursat 2S3 “Akasiya” və ya “Msta-S” tipli artilleriya sistemlərində tətbiq edilə bilər.

Döyüş sursatının sınaqları dekabr ayında yekunlaşacaq və bu müddətdə ondan artıq mərmi ilə atışın keçirilməsi planlaşdırılır.