15/02/2017 08:51

İki düşmən ölkə helikopter yaradılması layihəsində birgə çalışacaqlar

Yeni ağır tonajlı hərbi-nəqliyyat helikopterinin yaradılması üzrə Rusiya-Çin birgə layihəsinə Ukraynada qoşulub.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə, bu barədə layihədə paya sahib olan Çinin “Avicopter” şirkəti açıqlama yayıb.

Məlumatda qeyd olunub ki, Ukraynanın “Motor-Siç” şirkəti ilə əldə olunan razılaşmaya əsasən adıçəkilən qurum yeni helikopterin mühərrik bölməsinin yaradılması prosesində iştirak edəcək.

Yeni helikopter “Motor Siç” istehsalı olan Aİ-136T turboval mühərriklə təchiz olunacaq.

Qeyd edək ki, Rusiya tərəfindən layihədə “Vertolyotı Rosii” şirkəti iştirak edir.

Yeni helikopter Mi-26-nın bazası üzərində yaradılır.