31/10/2019 12:23

Ukraynanın hərbi zavodu AMEA-nın institutu ilə birlikdə mühərrik yağları istehsal edəcək

AMEA-nın Aşqarlar Kimyası İnstitutu Ukraynanın “Ukroboronprom” Dövlət Konserninə daxil olan “V.O.Malişev adına Zavod” ilə birlikdə xüsusi tayinatlı dizel mühərrikləri üçün M-16MXI-3 tipli yeni motor yağlarının yaradılması və tətbiqi sahəsində əməkdaşlığı davam etdirmək niyyətindədir.

Bu barədə “AzeriDefence”yə AMEA Yüksək Texnologiyalar Parkından məlumat verilib.

Məlumatda bildirilib ki, AMEA-nın Aşqarlar Kimyası İnstitutu xüsusi texnika istehsal edən “V.O.Malişev adına Zavod”la elmi-texniki əməkdaşlıq edərək institut tərəfindan həmin zavodda istehsal edilən xüsusi texnika üçün xüsusi təyinatlı motor yağı (М-16İXP-3) yaradılıb və istehsalı təşkil edilib.

Müasir vəziyyətlə alaqədar Aşqarlar Kimyası İnstitutu qeyd olunan zavoda xüsusi təyinatlı dizel mühərrikləri üçün M-16MXI-3 tipli yeni motor yağlarının yaradılması və tətbiqi sahəsində əməkdaşlığı davam etdirmək təklifi ilə müraciət edib. Zavod institutun taklifini məmnuniyyətlə qəbul edərək, belə əməkdaşlığın onlar üçün vacib olduğunu vurğulayıb.

Qeyd olunan istiqamətdə iki təşkilat arasında elmi-texniki əməkdaşlığı müzakirə etmək üçün zavod iki rəhbər işçini – keyfiyyət üzrə baş direktorun müavini Malakey Andrey Nikolayeviçi va mühərrikqayırma üzrə baş konstruktoru Ovçarov Yeqor Nikolayeviçi 30 oktyabr-2 noyabr müddətinə AMEA-ya ezam edib.