29/01/2012 08:27

Ukraynanın “Sapsan”ı 2017-də hazır

Ukrayna Silahlı Qüvvələri 2017-ci ildə “Sapsan” operativ-taktiki raket kompleksini silahlanlmaya qəbul edəcək. Ukyarna Dövlət Kosmik Agentliyinin sədri Yuri Alekseyvin sözlərinə görə, artıq Müdafiə Nazirliyi ilə operativ-taktik raketin yaradılması haqqında razılıq imzalanıb. Cari ildə bu layihənin maliyyələşdirilməsi başlanacaq. Bundan sonra, yaxın 4 il ərzində isə bu kompleks sınaqdan çıxarılacaq.

Y. Alekseyevin sözlərinə görə, kompleksin komponentlərinin 99%-i Ukraynada istehsal ediləcək. Bu sistemin yaradılmasında təxminən 70 müəssisə cəlb ediləcək. Onların arasında KRAZ və “Yujmaş” kimi müəssisələr var.