18/04/2013 06:58

Ukraynanın snayper tüfəngi Azərbaycanın marağını cəlb edib

Azərbaycan Ukrayna istehsalı olan VPR.308 və VPR.338LM snayper tüfənglərinə maraq göstərir. Bu barədə “AzeriDefence” Ukraynanın hərbi mediasına istinadən məlumat yayıb.

Kiyevdə yerləşən Mayak müəssisəsi tərəfindən Zbroyar Z-008 tüfənginin əsasında hazırlanmış VPR.308 və VPR.338LM tüfənglərinə artıq Azərbaycan və Pakistandan maraq ifadə olunub.

Hazırda Ukroboronprom şirkəti bununla bağlı maraqlı tərəflərlə görüşləri davam etdirir.