04/01/2018 13:58

Ukraynanın yeni operativ-taktiki raket kompleksi “Grom-2” – VİDEO – FOTO

Ukraynanın yeni “Grom-2” (Thunder-2) operativ-taktiki raket kompleksinin (OTRK) görüntüləri yayımlanıb.

“AzeriDefence”nin “Ddefence-Blog” saytına istinadən xəbər verir ki, bu barədə “mil.in.ua” nəşri məlumat yayıb.

Bildirilib ki, yeni “Grom-2” operativ-taktiki raket kompleksinin tamamlanma işləri gedir. “Grom-2” OTRK Səudiyyə Ərəbistanın sifarişi əsasında hazırlanır.

Ukraynanın müdafiə sənayesi şirkətləri “Grom-2” OTRK-nin hazırlanması üçün Səudiyyə Ərəbistanından 40 milyon ABŞ dolları alıblar.

“Grom-2” operativ-taktiki raket kompleksinin atış mənzili 350 km təşkil edir.

Qeyd edək ki, bundan əvvəl Səudiyyə Ərəbistanı Rusiyanın “İsgəndər” və ABŞ-ın ATACMS operativ-taktiki raket komplekslərini əldə etməyə çalışırdı.