12/08/2016 11:26

Ukraynanın yeni zirehli avtomobili – “Kozak-5”

Ukraynanın “Praktika” Elm-İstehsalat Birliyinin müəssisəsində dövlət sifarişi əsasında yeni yaradılan zirehli avtomobilin sınaqları yekunlaşıb.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə,  2014-cü ildən “Kozak-001″in yaradılması ilə başlanan istehsalat işləri yeni mərhələyə qədəm qoyub.

kozak-5_001_110816.t

Müəssisədən bildirilib ki, artıq birlik adıçəkilən maşının bazasında “Kozak-5” adlı yeni zirehli avtomobil yaradıb.

Bu nümunə sələfindən çəkisinin yüngüllüyü, manevr imkanları ilə fərqlənir.

“Kozak-5″in çəkisi 10 ton, uzunluğu 6100 mm, eni 2300 mm, hündürlüyü isə 2250 mm-dir.

Qeyd edək ki, “Iveco”nun 4×4 təkər formulu üzərində yaradılan “Kozak-001″in isə çəkisi 15 tondur. Maşının uzunluğu 7160 mm, eni 2500 mm, hündürlüyü isə 2700 metrdir.

kozak-5_003_110816