01/11/2016 20:35

“Ukroboronprom” “Vij” döyüş modulunun testlərinə başlayıb

Ukraynanın “Ukroboronprom” Dövlət Konserninə daxil olan “Kiyev Zirehli Zavodu” “Vij” adlı yeni döyüş modulu hazırlayıb.

Bu barədə “AzeriDefence”yə “Ukroboronprom” Dövlət Konsernindən məlumat verilib.

Testləri “Dozor-B” zirehli avtomobilinin üzərində keçirilən “Vij” yüngül zirehli nəqliyyat vasitələrinə qurula biləcək.

“Vij” modulu 1000 metr hündürlükdə və 2 kilometr məsafədə hava və yerüstü hədəflərə atəş açmaq imkanına malikdir. Döyüş modulunda müasir elektron sistemlərdən istifadə olunub, həmçinin termal kamera tətbiq edilib.

Döyüş modulunun silahlanmasına 23 mm çaplı QŞ-23 pulemyotu daxildir. Pulemyotun atəş tempi dəqiqədə 3000 atış, saniyədə 50 atış təşkil edir.