11/03/2014 06:08

“Ukroboronprom”un direktoru vəzifəsindən azad edilib

“Ukroboronprom” Dövlət Konserninin baş direktoru Sergey Qromov vəzifəsindən azad edilib. “AzeriDefence”nin Ukrayna prezidentinin saytına istinadən verdiyi məlumata görə, dövlət başçısının səlahiyyətlərini müvəqqəti icra edən Aleksandr Turçinovun martın 7-də imzaladığı sərəncamla S. Qromov vəzifəsindən azad olunub.

Ukrayna mediası isə Valentin Drozdun “Ukroboronprom”un baş direktorunun səlahiyyətlərinin müvəqqəti icraçısı təyin edildiyini bildirib.

Qeyd edək ki, S. Qromov 2012-ci ilin iyun ayından “Ukroboronprom” başçılıq edib.