01/05/2012 05:24

“Ural” KADEX-2012-də yeni tamötürücülü yəhər yedəkçəsini nümayişə çıxarır

QAZ Qrup şirkətinə daxil olan “Ural” avtomobil zavodu mayın 3-dən 6-dək Qazaxıstanın paytaxtı Astanada keçiriləcək KADEX-2012 sərgisində “Ural-63704” yeni tamötürücülü yəhər yedəkçəsini nümayiş etdirəcək. Bu barədə “AzeriDefence” “Ural” avtomobil zavodunun saytına istinadən məlumat verib.

“Spetsialnost” adlanan yəhər yedəkçisi 6×6 “Ural 63704” kabinəsinə malikdir. Bu -45 dərəcədən +45 dərəcəyədək tempraturlarda istənilən yerlərdə yarımqoşquların yedəklənməsi üçün hazırlanıb. Yeni “Ural”lar YAMZ 652 412 mühərrikləri ilə təchiz olunacaq.

QAZ Qrupun mətbuat xidmətinin məlumatına görə, şirkət keçən il Qazaxıstanda 200-dən çox yük “Ural”ı satıb. Bununla da şirkətin Qazaxstanda satışları 30% artıb.