11/01/2017 16:01

“Uran-9” döyüş robotunun real döyüş şəraitində sınaqları keçirilib – FOTO

ural-9

Rusiya T-14 “Armata” əsas döyüş tankının şassisi üzərində “Uran-9” döyüş robotunun müharibə şəraitində sınaqlarını keçirib.

Bu barədə “AzeriDefence” Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Suriya ərazisində real döyüş vəziyyətində distans idarə olunan “Uran-9” tırtıllı robotun testləri uğurla nəticələnib.

“Uralvaqonzavod” Elmi-İstehsalat Şirkətinin hazırladığı “Uran-9” robotunun ağırlığı 10 ton təşkil edir.

Uran-9  30 mm-lik top, iri çaplı pulemyot, tank əleyhinə mərmilər və “İqla” raket əleyhinə komplekslə təchiz olunub.

“Uran-9”un əsas vəzifəsi distans kəşfiyyat aparmaq və döyüş zamanı hərbi bölmələrə dəstəkdir.

Robot xüsusi mobil idarəetmə məntəqəsindən idarə olunur.

Qeyd edək ki, hazırda işlər aparılan universal platforma əsasında “Armata” da daxil olmaqla, təxminən 30 müxtəlif təyinatlı maşın yaratmaq mümkün olacaq.

uran-9

uran-9_4

uran9-2

uran-9-3

Xəbər Lenti