30/08/2017 10:00

UVZ yeni özüyeriyən minaatan kompleksi hazırlayır – FOTO

Rusiyanın “Uralvaqonzavod” Səhmdar Cəmiyyəti (UVZ) 82 mm çaplı “Drok” adlı özüyeriyən minaatan kompleksi hazırlayıb.

“AzeriDefence”nin BMPD-yə istinadən verdiyi məlumata görə, minaatanın maketi “Ordu-2017” beynəlxalq forumunda nümayiş etdirilib.

4×4 təkər formuluna malik “Tayfun VDV” nəqliyyat vasitəsi üzərində yerləşdirilmiş 82 mm-lik 2S41 minaatanı motoatıcı, desant-hücum və dağ atıcı taborları üçün nəzərdə tutulur.

Minaatanın atış uzaqlığı 100-6000 metr, tezatma qabiliyyəti dəqiqədə 12 atış, döyüş komplekti 40 mina, heyəti 4 nəfərdir.

Zirehli maşının damında elektro-optik əks-təsir kompleksi yerləşdirilib, tüstü qumbaralarının sayı artırılıb.