30/06/2015 12:05

Uzaqmənzilli aviasiya üçün astronaviqasiya sistemi istehsal edilib

Rusiyanın “Konsern Radioelektronnıye texnoloqi” Dövlət Şirkəti uzaqmənzilli aviasiya üçün astronaviqasiya sistemi istehsal edib.

“AzeriDefence”nin Rusiyanın Hərbi Sənaye Kompleksinə istinadən verdiyi məlumatına görə, “ANS-2009” adlanan astronaviqasiya sistemi uzaqmənzilli təyyarələrin yüksək dəqiqliklə koordinatlarını müəyyənləşdirə biləcək.

Qurğunun əsas işləmə mexanizmi ulduzların mövqeyinə uyğun şəkildə koordinatların qiymətləndirilməsindən ibarətdir.

Şirkətin nümayəndəsi Vladimir Mixiyevin sözlərinə görə, peyk sıradan çıxdığı zaman sistem təyyarənin hərəkətini təmzimləyir və məhv olmaqdan qoruyur.