24/04/2012 12:41

V-22 “Osprey” təyyarələrini Rolls-Royce uçuracaq

Rolls-Royce şirkəti ABŞ Dəniz Piyada Qoşunları ilə V-22 “Osprey” təyyarələri üçün 268 ədəd AE 1107C mühərrikinin çatdırılmasına dair müqavilə imzalayıb. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə bu barədə Rolls-Royce şirkətinin saytında məlumat verilib.

Müqavilənin dəyəri 598 mln. ABŞ dolları təşkil edir.

Müqavilə çərçivəsində Rolls-Royce birinci il ərzində 70 ədəd mühərriki (ümumi dəyəri 151 mln.dollar) sifarişçiyə çatdıracaq. Ümumilikdə müqavilə 4 ili əhatə edir.

Qeyd edək ki, Rolls-Royce V-22 təyyarələrinin mühərriklərinin yeganə istehsalçısıdır.