16/05/2017 14:36

Vigen Sarkisyan hərbiçiləri cəzalandırır: İxtisarlar gözlənilir

Ermənistanın “Joqovurd” qəzetinin məlumatına görə, orduda baş verən son insidentlərdən sonra ixtisarlar, eləcə də bir sıra komandirlərin istefaya göndəriləcəkləri gözlənilir.

“AzeriDefence”nin erməni mətbuatına istinadən məlumatına görə, Ermənistanın müdafiə naziri Vigen Sarksiyan son aylarda hərbi qulluqçular arasında ölüm hallarının artması ilə bağlı günahkarların ciddi şəkildə cəzalandırılacağını deyib.

Qəzet bildirir ki, hərbi hissə komandiri Gevorq Manqasaryan ötən həftə 3 əsgərin suda boğulması ilə bağlı bu günlərdə istefaya göndəriləcək.