24/04/2019 14:44

VIII beynəlxalq təhlükəsizlik konfransının açılış mərasimi keçirilib

Aprelin 24-də Moskva şəhərində VIII beynəlxalq təhlükəsizlik konfransının rəsmi açılış mərasimi keçirilib. Rusiya Federasiyasının Müdafiə Nazirliyi tərəfindən keçirilən tədbirdə 111 ölkədən və müxtəlif beynəlxalq təşkilatlardan mindən artıq nümayəndə iştirak edir.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyətinin də iştirak etdiyi forum çərçivəsində keçirilən plenar iclaslarda qlobal və regional təhlükəsizlik məsələləri, sülhməramlı fəaliyyətlər, hərbi əməkdaşlığın genişləndirilməsi, eləcə də müasir dünyada mövcud olan hərbi təhlükələr və təhdidlər müzakirə olunur.