19/06/2017 10:08

Vyetnam Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Bakıda səfərdə olan Vyetnam Hərbi Dəniz Qüvvələrinin (HDQ) nümayəndə heyəti Azərbaycanın Hərbi Dəniz Qüvvələrində olub.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nümayəndə heyətlərinin görüşündə iki ölkənin Hərbi Dəniz Qüvvələri arasında əməkdaşlıq məsələləri müzakirə edilib və qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.

Sonra Vyetnam nümayəndə heyəti HDQ-nin ərazisi, döyüş gəmiləri dəstəsi və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi Hərbi Dənizçilik Fakültəsinin tədris-təminat bazası ilə tanış olub.