18/01/2018 11:28

Vyetnam OSV-96 anti-material tüfəngin yeni versiyasını hazırlayıb

Vyetnam Rusiyanın OSV-96 anti-material tüfəngi əsasında yeni snayper tüfənginin ilk prototipini hazırlayıb.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Vyetnam Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə Nazirliyinin Z111 müəssisəsi OSV-96 anti-material tüfəngin yeni versiyasının istehsalına başlayıb.

Lisenziya əsasında istehsal olunacaq OSV-96 tüfənginin yeni modeli 12.7×108 millimetr çaplı, yarı avtomatik mexanizmə malikdir.

Rusiya KPB Dizayn Bürosu tərəfindən hazırlanan tüfəngin atış məsafəsi 2500 metr təşkil edir. Silah daha asan daşınması üçün qatlana bilir.

Lülənin ağızında silahın geri təpməsini yumşaltmaq, səsi boğmaq və gecə vaxtı görünən atəş işığının azaldılması üçün kompensator tətbiq edilib.