31/01/2012 09:38

Vyetnam revolver tipli qumbaraatanın istehsalına hazırlaşır

Vyetnam Müdafiə Sənayesi Baş İdarəsinin institutu (Institute of the General Armament Department-i) revolver tipli 40 mm-lik qumbaraatanın yaradılmasını başa çatdırıb. “AzeriDefence” saytının məlumatına görə, MGL Mk-1 qumbaraatanının nümunələrinin istehsalı başa çatıb. Nümunə üçün yaradılmış qumbaraatan və RDS tipli optik nişangah texniki-taktika xüsusiyyətlərinə görə qarşıya qoyulmuş tələblərə cavab verir.

Çəkisi 6,3 kq olan qumbaraatanın barabanı 6 mərmi tutur. Silahın atış qabiliyyəti dəqiqəyə 18 atəş təşkil edir. Doldurma hər atəşdən sonra avtomatik həyata keçirilir. Silahda standart 40 mm-lik döyüş sursatından (qəlpələnən M406 və tüstü M79T mərmiləri) istifadə olunur.